Keyfiyyət dərəcəmiz


SR CHEMICALS – mətbəx təmizliyi, sənayedə təmizlikdə istifadə olunan kimyəvi vasitələr və ümumi təmizlik məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən müştəri-yönümlü şirkətdir.

Şirkətimiz mətbəx üçün təmizlik vasitələrinin, binalar üçün təmizlik vasitələri və şəxsi gigiyena vasitələri, paltarların yuyulması üçün vasitələr, hovuzların təmizlənməsində istifadə olunan kimyəvi vasitələri, avtomobillər üçün təmizlik vasitələri, sənayedə istifadə olunan təmizlik vasitələri başlıqları altında geniş məhsul çeşidləri ilə müştərilərinə xidmət göstərir.

Sektordakı yenilikləri və təkmilləşdirmələri sıx təqib edən şirkətimiz, sizə daha yaxşı məhsul və xidmət təqdim etmək məqsədilə satış komandası və satış-sonrası komandasını daim təlim və inkişaf proqramlarına cəlb edir. Satış sonrası komandasının ən önəmli vəzifələrinə məhsulları istifadəyə hazır vəziyyətə gətirmək, məhsuldan istifadə edəcək komandaya təlim keçmək və məhsul haqqında məlumatın verilməsi kimi işlərdə xidmət göstərərək müştəri məmnuniyyətini təmin etmək daxildir.

Özünü daima yeniləyən şirkətimiz təcrübələrə əsaslanaraq istehsal və elmi-tədqiqat işlərini keyfiyyətə önəm verərək həyata keçirir. Müştəri məmnuniyyətinə xüsusi önəm verərək yeni vasitələr istehsal edən SR CHEMICALS ISO 14001:2004 Ətraf Mühitin Mühafizəsi Sistemi, OHSAS 18001:2007 Əməyin təhlükəsizliyi və sağlamlığın mühafizəsi sistemi, İSO 9001:2008 Beynəlxalq Keyfiyyət Sistemi, Türk Patent İnstitutunun Marka Qeydiyyatı üzrə Sertifikatı, TSE və Səhiyyə Nazirliyinin İstehsal üçün İcazə Sənədlərinin əsasında fəaliyyət göstərir.