Keyfiyyət siyasətimiz


SR CHEMICALS olaraq əsas hədəfimiz keyfiyyətli və mövcud bazar ilə rəqabət edə biləcək, hətta bazarda yeni tələbat yaradan malları istehsal etməkdir. Özünü daim yeniləyən şirkətimiz təcrübələrə əsaslanaraq istehsal və elmi-tədqiqat işlərini keyfiyyətə önəm verərək həyata keçirir. Buna görə məhsul çeşidini davamlı olaraq artırırıq. Çeşidləri artıran zaman keyfiyyəti itirməmək ən vacib amillərimizdən biridir. Çünki keyfiyyətli məhsulları istehsal etməklə müştərilərimizin bizimlə davamlı  əməkdaşlıq etməyini təmin edirik. Bunun üçün istehsal və keyfiyyət nəzarət şöbələrimiz həssaslıqla çalışır. Laboratoriyamız, analiz üçün avadanlıqlarımız mövcuddur. İlk olaraq xammalın keyfiyyət dərəcəsi yoxlanılır və bizim keyfiyyət dərəcəmizə uyğun olmayan heç bir xammal nə depomuza,+ nə də istehsal sahəmizə daxil edilmir. Daha sonra hazır məhsullarımızın son yoxlanışı həyata keçirilir. Bu məhsullar üçün də keyfiyyətə nəzarət kriteriyalarımız vardır. Keyfiyyətə nəzarət şöbəmiz bu kriteriyaların uyğunluğunu təsdiqləyir. İstehsal qəbzi ilə hər bir partiyadan götürülən nümunələr, özəl sahələrimizdə saxlanılır. Bunlar müştəri məmnuniyyətini qazanmaq üçün əsas açarlardan biridir. Müştərilərimizin hər hansı bir məhsuldan şikayəti və ya təklifi olarsa, təkmilləşdirməyə tələbat yaranarsa, müştəridəki məhsul ilə alınan  nümunə arasında  müqayisə edilir. Hər hansı bir problem və ya şikayətləri dəyərləndiririk. Səbəbinin istehsaldan, müştəridən, istifadə xətasından asılı olub olmadığını araşdırıb müştəriyə geri dönüş edirik. Müştəri məmnuniyyəti bizim üçün çox vacib amildir. Kəşf və təkmilləşdirmə edərkən, məhsulun təsirini artırmaq üçün uyğun xam maddələr araşdırılan zaman ən əsas amillərdən biri ətraf mühitdə asanlıqla parçalanmasıdır. Vasitələrin istifadəsi zamanı ətraf mühitə ziyan vurmaması vacib məqsədlərimizdəndir. Bundan başqa məhsulların ambarda saxlanılması zamanı, son istifadə tarixi bitənə qədər təsirinin azalmaması və stabil qalması vacibdir. Bu məqsədlə mütəmadi təsirlilik testləri edilir və yalnız bundan sonra hazır məhsul bazara təqdim olunur. Müştərilərimizə keyfiyyətli məhsul və xidmət təqdim etməkdən çox məmnunuq.

SR CHEMICALS ISO 14001:2004 Ətraf Mühitin Mühafizəsi Sistemi, OHSAS 18001:2007 Əməyin təhlükəsizliyi və sağlamlığın mühafizəsi sistemi, İSO 9001:2008 Beynəlxalq Keyfiyyət Sistemi, Azərbaycan Respublikası Patent və Əmtəə Nişanları Mərkəzinin Marka Qeydiyyatı üzrə Sertifikatı, Turkiyə Respublikasının Səhiyyə Nazirliyinin İstehsal üçün İcazə Sənədlərinin, həmçinin Azəbaycan Respublikası Səhiyyə Nazirliyinin Gigiyena Sertifikatı və Azəbaycan Respublikası Milli Sertifikatlaşdırma Sisteminin Uyğunluq Sertifikatı əsasında fəaliyyət göstərir.