Xalçalar necə təmizlənməli?


Xalçalar necə təmizlənməli?

 

İctimai iaşə və qonaqpərvərlik müəssisələrində istifadə olunan önəmli və bahalı dekorasiya məhsulları olan xalçaların üzərində gözlə görülməyən milyonlarca zərərli mikroorqanizmaya rast gəlmək mümkündür. Bunlar mite və ya akar adlanan mikroorqanizmalardır.

Mite və ya akar mikroorqanizmaları insan bədənindən ayrılan ölü dəri tozlarını və parçacıqlarını  yeyərək yaşayırlar. Bu mikroorqanizmalar ən çox xalça, divan, kreslo kimi yerlərdə yaşayarlar, ancaq insan orqanizmində də bu mikroorqanizmaların olduğu unudulmamalıdır. Rütubətli yerlərdə tapılan və  astmaya səbəb olan akarlar, mikroskop köməyi ilə asanlıqla görüləbilir. İnsan sağlamlığı üçün önəmli bir risk yaradırlar. 1g dəri parçası bir milyon akarın bəslənməsi üçün kifayətdir. 156 növ akar vardır. Mite-lar aşağıdakı şərtlərdə yaşayar və çoxalar:

  1. 20 °C də daimi istilik, 60-80% arasında rütubət
  2. Günəş işığının olmaması ( günəş işıqları mite-ı məhv edir)

Akarların nəcisləri zamanla quruyaraq incə toz halına gəlir və bu incə toz tənəffüs yoluyla alınınca allergiyası olan insanlarda şikayətlərə səbəb olur. Akarların rütubətin 50% altında olduğu və 60°C istiliyin üzərində yaşamaq şansları azalır.

Bu cür mikroorqanizmalardan qorunmanın ən güvənli yolu profesyonal şəkildə təmizlik edilməsidir.

Xalçalarda spesifik ləkələr olduğu zaman yuma işləmi edilmədən öncə ən qısa zamanda çıxarılmalıdır. Çünkü yuma işləmi zamanı spesifik ləkələr temperaturun, sürtünmənin  və yuyucu vasitənin təsirindən bişərək çıxarılması çətin və ya imkansız olur. Buna görə mütləq yuma işləmindən öncə xüsusi ləkə çıxarıcıdan istifadə edilməlidir. 

Ləkə çıxarıcını və ya yuyucu vasitəni öncə xalçanın kiçik bir hissəsində istifadə edib, xalçanın həm rəng, həm material cəhətdən müvafiq vasitəyə dayanıqlılığını yoxlamaq lazımdır. Bəzi xalça növləri ləkə sökücü və yuyucu vasitələrdə istifadə edilən etil spirti, peroksid, NaOH’a qarşı həssas ola bilir.

Xalça üzərində çay, kofe, meyvə suyu ləkəsi varsa bu oksigen, peroksid əsaslı ləkə sökücü vasitələrlə (SR CHEMİCALS H17 HAZEL ACTİON) təmizlənməlidir. Boya kimi ləkələr varsa solvent əsaslı (SR CHEMİCALS L20 LORA MULTİ) ləkə sökücü vasitələrlə təmizlənməlidir.

Peşakar yuyucu vasitələrindən istifadə edərək xalçalarınızı daha yaxşı təmizləyib göz oxşamasına və eləcə də mikroorqanizmaların insan sağlamlığı üçün təhlükə yaradacaq səviyənin altına salınmasını həyata keçirə bilərsiniz.