HOREX Caucasus 2016 sərgisində iştirak etdik!


HOREX Caucasus 2016 sərgisində iştirak etdik!

SR CHEMICALS, 7-9 aprel 2016-cı il tarixində Bakı Ekspo Mərkəzində keçirilən 10-cu Yubiley Qafqaz Beynəlxalq “Mehmanxana, restoran və super-marketlər üçün avadanlıq və ləvazimatlar HOREX Caucasus 2016” sərgisində iştirak etdi.
SR CHEMICALS – mətbəx təmizliyi, sənayedə təmizlikdə istifadə olunan kimyəvi vasitələr və ümumi təmizlik məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən müştəri-yönümlü şirkətdir.
Məhz buna görə də HOREX Caucasus 2016 sərgisində iştirak edərək müştərilərlə birbaşa əlaqə yaratmaq, yeni səmərəli və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri quraraq bu əlaqələri genişləndirmək, eləcə də etibarlı podratçılar qazanmaq üçün 3 gün boyunca stendində ziyarətçiləri qəbul edərək şirkəti haqqında geniş məlumat verdi.
Sektordakı yenilikləri və təkmilləşdirmələri sıx təqib edən şirkətimiz, sizə daha yaxşı məhsul və xidmət təqdim etmək məqsədilə satış komandası və satış sonrası komandasını daim təlim və inkişaf proqramlarına cəlb edir. Satış sonrası komandasının ən önəmli vəzifələrinə məhsulları istifadəyə hazır vəziyyətə gətirmək, məhsuldan istifadə edəcək komandaya təlim keçmək və məhsul haqqında məlumatın verilməsi kimi işlərdə xidmət göstərərək müştəri məmnuniyyətini təmin etmək daxildir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

PARTNYORLAR