Maskadan İstifadə Qaydaları


Maskadan İstifadə Qaydaları

Maska taxmazdan öncə əllərinizi spirt əsaslı dezinfeksiya edici vasitələr ilə və ya sabun və su ilə təmizləyin.
Ağız və burnu maska ilə örtün və üzünüzlə maska arasında boşluq olmadığından əmin olun.
Maska istifadə edərkən ona toxunmaqdan çəkinin. Əgər toxunsanız əllərinizi dezinfeksiya etməyi və ya yumağı unutmayın.
Maska nəmli olduğu halda onu yenisi ilə əvəz edin və birdəfəlik maskalardan təkrar istifadə etməyin.
Maskanı çıxarmaq üçün onu arxa hissəsindən çıxarın. (maskanın ön hissəsinə toxunmayın)