Suyun hazırlanması


Suyun hazırlanması

 

Su təbiətdə heç bir zaman saf olaraq tapılmaz, əldə edildiyi qaynaqlara görə fərqli xüsusiyətlərdə qarşımıza çıxır. Su çox güclü bir həlledici olduğundan olduğu ortamda qarşılaşdığı duzları tərkibinə qatır. Suyun tərkibinə daxil olan Ca, Mg, silisyum , Fe, sulfat kimi ionların varlığı suyun sərtliyini müəyyən edir.

Tərkibində sərtlik verici maddələr və həll edilmiş qazlar (O2, CO2) ehtiva edən su, isitmə və soyutma sistemlərində ərp bağlanmasına və oksidlənməyə səbəb olur.

Qaynağı hər nə olursa olsun su, istifadəsinin hər mərhələsində hazırlanmalıdır.

İstilik ötürməsi, isitmə və soyutma sistemlərində istifadə olunacaq suyun sistemə əlavə edilmədən öncə hazırlanması gərəkir. Su tərkibindəki çöküntü və kobud kirlərdən təmizlənmək üçün fiziki qum filtrlərdən keçirilir. Sonra isə istilik ötürməsi sisteminin xüsusiyətinə görə su yumşaltma, demineralizasiya və revers osmosis ( tərs osmos) kimi sistemlərdən keçirilərək istənilən xarakterdə yumşaq su və demineralizə edilmiş su xüsusiyətlərində istilik və soyutma sisteminə göndərilir.

Soyutma  sistemlərində və soyutma qüllələrində soyutulacaq sudan alınacaq olan istiliyin yüksək olması, eyni nisbətdə ərplənməyə səbəb olur və korroziya riskini artdırır. Su hazırlanmasının seçimində əsas məqsəd sadəcə buxar qazanı və soyutma sistemini qorumaq deyil, eyni zamanda sistemdən alınacaq məhsuldarlığı artdırmaq, daha yaxşı işləməsini həyata keçirmək və bütün köməkçi avadanlıqları qorumaqdır.

 

Buxar qazanlarında çöküntü

Qazanlarda sərt çöküntü yaranmasına (daş bağlanmasına) suyun tərkibindəki bəzi safsızlıqlar ilə korroziya məhsulları səbəb olur.

Sərt çöküntü yaradan başlıca su safsızlıqları olaraq həll olmuş kalsiyum, maqnezyum xlor, sulfat və silisyum birləşənləri, korroziya məhsullarına isə dəmir və mis birləşənlərini nümunə göstərə bilərik.

Sərt çöküntülər, suyun tərkibindəki qalıcı sərtlik verən maddələr də istiliyin təsiri ilə yaranır. Çöküntü yaranması təzyiq və istiliyin çoxalması ilə sürətlənir.  Bu çöküntülər yanacaq israfına, məhsuldarlığın düşməsinə, boru partlamalarına səbəb olur.

 

Çöküntü (daş) növləri

Qazanlarda rast gəlinən daş növlərinin yaranma səbəbi, bəsləmə suyunun kimyəvi tərkibidir.

Kalsiyum Karbonat: Ən çox rastlanan daş növüdür. Əhəng daşı olaraq da adlandırılır. Yaranmasının səbəbi, bikarbonatların olmasıdır. Bikarbonatlar, qazandakı istiliyin təsiriylə karbonatlara çevrilirlər.

2HCO3 – co3- + H2O

Əgər bəsləmə suyunda çox miqdarda kalsium varsa dərhal bir kalsium çöküntüsü  yaranır. Çünkü bu duzun həll olunması çox azdır. Nəticə olaraq, qazanlarda rastlanan daşların səbəbi, bəsləmə suyuyla gələn müxtəlif duzların həll olunmasına bağlıdır. Əlavə olaraq, xüsusi ilə istilik və konsantrasyon miqdarı kimi qazan çalışma şərtlərinin də təsiri vardır.

Kalsium Sulfat: Kalsium sulfatın həll olunması istiliklə azalır və istilik axımı nə qədər vacib isə çökmə o qədər tez başlayar. Kalsium sulfat qazanın en isti yerlərində, alov səthində yaranır.

Silisyum: Silisyumun həll olunması pH-ın bir funksiyasıdır. Qazan pH-ı istənilən qədər deyilsə, silisyum daşlarının yaranma ehtimalı çoxdur. Silisyum digər birləşənlərlə birləşərək daşlar meydana gətirirlər.

Maqnezyum və ya maqnezyum daşları: Sadəcə maqnezyum birləşənlərindən yaranan daş yoxdur. Maqnezyum nisbəti 20 % i keçməz.  Çöküntü yalnızca maqnezyum və ya onun silisyuma birləşməsindən meydana gəlir.

Alümin: Alimunyum daşlarının bərabərində Aluminə rastlanır. Bunun səbəbi isə süspansiyon və sonradan iyi filtr edilməmiş sulardır.

Dəmir Oksidlər: Dərin quyudan gələn, yaxşı havalandırılmamış və tərkibində Fe++ olan bir su, havada oksidləşərək Fe(OH)3 u verir. Dəmir oksidlər əsasən qazanlarda və kondens dövrələrində korroziya məhsuludur.

 

Buxar qazan suyunun hazırlanması iki mərhələdə edilir:

  1. Su qazana girmədən öncə suyun hazırlanması (Ön təmizləmə)
  2. Bəslənmə suyunun hazırlanması  (Qazan içi təmizləmə)

Ön Təmizləmə

  1. Filtrasiya: Suyun asqıda qatı maddələrdən təmizlənməsi
  2. Suyun yumşaldılması: Suya sərtlik verən kimyəvilər kalsium və maqnezyum duzlarıdır. Su, kation dəyişdici qətrandan keçərsə, kalsiyum və maqnezyum duzları natrium duzlarına dönür. Natrium duzlarının həlıl olunması kalsiyum və maqnezyum duzlarına nisbətdə daha yüksək olduğundan qabıq formalaşması riski azalır. Yumşaltma, kalsiyum və maqnezyum kationlarının natrium katyonu ilə dəyişdirilməsi olub suyun elektrik keçiriciliyini dəyişməz. Enerji səmərəsi baxımından drenaj (blöf) və kimyəvi vasitə xərclərini azaltmaq məqsədi ilə dealkalize prosesi lazımdır.