Yuyucu vasitələr


Yuyucu vasitələr

Yuyucu vasitələrin olmadığı zamanlarda təmizlik sabunlarla edilirdi. Sabunlar formullarının fərqli olmasına baxmayaraq xüsusilə də sərt və turş mühitli sularda effektiv deyillər. Ama yuyucu vasitələr tərkibində müxtəlif maddələrin təsiri ilə hər cür suda istənilən kiri təmizləyə biləcək formulda hazırlandığı üçün təmizlikdə sabunun yerini tutmuşdur.
Toz və maye olaraq iki cür yuyucu vasitələr istifadə edilir. Ancaq toz yuyucu vasitələr maye yuyucu vasitələrə görə daha az effektlidirlər. Belə ki, maşınlarda istifadə edilən toz yuyucu vasitələr tam həll olmadığı üçün maşınlarda tıxanmalara səbəb olur, bu isə daha çox enerjinin sərfinə, maşınların ömrünün qısalmasına gətirib çıxarır. Eyni zamanda qabların, çamaşırların kirlərdən yaxşı təmizlənməməsinə səbəb olur. Bundan əlavə insan sağlamlığına da zərər vurur. Belə ki, toz yuyucu vasitənin çamaşır üzərində buraxdığı kimyəvi maddələr asan şəkildə çıxmadığı üçün insan dərisinə təmas edir. Bu zaman insan dərisinin yağını alır, qurumasına və çatlamasına, həssas insanlarda isə dermatit xəstəliyinə və müxtəlif allergik reaksiyalara səbəb olur. Maye yuyucu vasitələr su içərisində daha yaxşı həll olunur. Bu da mikrobların öldürülməsindən çətin ləkələrin çıxardılmasına qədər istifadə edilir.
Yuyucu vasitələrin seçimində və onların istifadəsində bəzi qaydalara əməl etmək gərəkir.
Yuyucu vasitələrin seçimi zamanı:
• Təmizlənəcək kirin növü,
• Təmizlənəcək səthin növü,
• İstifadə ediləcək suyun sərtlik dərəcəsi
Kir növləri 4 ayrı kateqoriyaya bölünür. Bunlar;
1. Sərbəst kirlər (daş, qum vəs)
2. Bağlı kir (suda həll olan, həlledicidə həll olan)
3. Kimyəvi kir (pas, ərp)
4. Mikroorqanizmalar (bakteriyalar, viruslar, kiflər, göbələklər)
Kir və səth növlərinin bilinməsindəki əsas məqsəd istifadə ediləcək yuyucu vasitənin təmizlənəcək səthə zərər verməməsidir.

Yuyucu vasitələrdən istifadə qaydaları;
1. Əlcək istifadə edilməli. Yuyucu vasitələr neytral, turş və qələvi mühitlidir. Turş və qələvi mühitli yuyucu vasitələr ələ və bədənin digər üzvlərinə düşdüyü zaman həmin yerdə qızarıqlıq yaradır. Bu üzdən əlcək istifadəsi önəmlidir.
2. Gözlük istifadəsi. Gözə gəlməsinin qarşısını almaq üçün gözlükdən istifadə edilməlidir. 
3. Bone istifadə edilməli.
4. Ağızlıqdan istifadə edilməli.
5. Yuyucu vasitələr bir biri ilə qarışdırılmamalı. Yuyucu vasitələr xüsusi təlimat olmadan bir biri ilə qarışdırılmamalıdır. Qarışdırıldığı zaman zəhərli bir qaz çıxır və bunun tənəffüsü insan sağlamlığı üçün zərərlidir.
6. Yuyucu vasitələr sərin depolarda saxlanılmalıdır, istifadə zamanı belə ağızları bağlı qalmalıdır.
7. Yuyucu vasitələr istifadə zamanı basketdə daşınmalıdır.
8. Yuyucu vasitələrin ağzı bir az aralı tutularaq açılmalıdır. Yuyucu vasitədən duman çıxa biləcəyi üçün ağzını bir az aralı tutub açmaq məsləhətdir.
9. Ələ, gözə, bədənin hər hansı bir yerinə yuyucu vasitə düşərsə bol su ilə yumaq gərəkir. Əgər vücudun həmin hissəsi qızarır vəya yanarsa mütləq həkimə müraciət edilməlidir.